Daxil olun və ya
AZ | EN | RU
Haqqımızda

       

       «LUMEGRAND» -ölkəmizin işıqlandırma sistemləri sahəsində aparıcı pərakəndə satış şirkətlərindən biridir. 2006-cı    ildən başlayaraq, modern, klassika, art deko üslubunda bir sıra ixtisaslaşdırılmış işıqlandırma mağazalarının açılması  uğurlu fəaliyyətin nəticəsi olmuşdur. Belə ki, 2006-cı ilin oktyabr ayında «LIGHTING STUDIO» mağazasının açılışı baş  tutdu. Xidmət keyfiyyətinin artırılması səbəbilə, daimi inkişaf edən «LUMEGRAND» şirkəti, əsas dünya brendlərinin daha  geniş assortimentini təqdim etməklə, mağazaların tərtibatına aid xarici və daxili rebrendinqə imza atdı, yeni korporativ  üslub (rəng, loqotip) yarandı. Yeni loqotip özündə müasirliyi və mütərəqqiliyi təcəssüm edir. Sonraki illərdə mağazala  şəbəkəsi daha genişləndi.

                   Belə qısa zaman ərzində özünə ad qazanmaqla, «LIGHTING STUDIO» qabaqcıl Avropa istehsalçısı  tərəfindən nəzərə alınmış və layiqincə qiymətləndirilmişdir. 14 mart 2010-cı ildə Bakı şəhərində EGLO mağazasının eyni adlı Avstriya şirkətinin Azərbaycandaki rəsmi və eksklüziv distribütorunun təntənəli açılışı oldu. Ümumiyyətlə, «LUMEGRAND» ticarət xətti geniş alıcı kütləsinə münasiblik siyasəti üzərində qurulmuşdur. Burada  müxtəlif cəmiyyət təbəqələrinin alıcı qabiliyyəti və zövq prioritetləri nəzərə alınıb, istər bahalı olmayan, sərfəli və sadə  minimalizm həvəskarı olsun, istərsə də təmtəraq və cəsarətli avanqard həvəskarı. Bir faktı da asanlıqla etiraf etmək  olar ki, bütün mağazaların müştəriləri, böyük "səmimi ailə" yaradaraq, davamlı alıcılara çevrildilər. Minnətdarlıq  ücün «LUMEGRAND» mütəmadi olaraq mallara həvəsləndirici endirimlərdən ibarət olan müxtəlif aksiyalar həyata keçirir  (payız, yaz, yeni il qabağı).

 Aşağıda sadalanan brendlərlə əməkdaşlıq edirik.

Ana səhifə | Saytın xəritəsi | Online satış qaydaları | Əlaqə
© LUMEGRAND 2014. Bütün hüquqlar qorunur.